Ortopedik xəstəliklər

Uzm. Dr. Fərhad Verdiyev 2000 ildə Azərbaycan Tibb Üniversitetinin Müalicə Fakültəsinə qəbul olmuşdur. 2006 ildə eyni fakültəni fərqlənmə diplomu ilə bitirib. 2007-2012-ci illərdə Türkiyə Cumhuriyyəti Ege Universiteti Tibb Fakultəsinin Ortopediya və Travmatologiya kafedrasında uzmanlıq təhsilini alıb. İxtisas müddətində Cleveland klinikasının Ortopediya və Revmatologiya İnstitutunda (Clevaland, ABŞ) və Amerikanın travmatologiya və ortopediya üzrə ən nüfuzlu müalicə mərkəzi sayılan Hospital For Special Surgeries klinikasında (New York, ABŞ) ixtisaslaşma keçmişdir. Bir çox beynalxalq konfrans və kurslara qatılıb, məruzələr ilə çıxış edib. Fevral 2013-cü ildən Azərbaycan Respublikası SN Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda çalışır. Hal hazırda böyük oynaqların (bud-canaq, diz, çiyin) protezləşdirilməsi, xoşxəssəli sümük şişlərin və displaziyaların, müxtəlif səbəblərdən əmələ gələn patolojı sınıqların, travmatologiya və ortopediyanın diğər sahələrini əhatə edən anadangəlmə və qazanılmış xəstəlik və qüsurların erkən diaqnostikası və müasir müalicəsi istiqamətində elmi-praktik fəaliyətini dəvam etməktədir.