ENXONDROMA

Enxondroma nədir?

Enxondroma sümüyün qığırdaq mənşəli xoşxassəli törəməsidir. Daha çox xırda sümüklərdə (əl, ayaq sümükləri) müşahidə olunur. Enxondroma borulu sümüklərdə də rast gəlir. Xəstəliyin əmələ gəlmə səbəbi  tam olaraq bəlli deyil.

Enxondromanın  ilk əlamətləri  nədir?    

Enxondroma əsasən ağrısızdır və çox hallarda təsadüfi aparılan müayinələr zamanı aşkar olunur. Törəmənin yerləşdiyi yerdən asılı olaraq müxtəlif klinik əlamətlər müşahidə olunur. Patoloji sınıqlar, əl və ayaq sümüklərində törəmə inkişaf etdikcə müxtəlif formalı əyriliklər yarana bilər. Enxondromanın bədxassəli törəməyə keçmə ehtimalı az da olsa var. Ollier (Multiple Enxondromatoz) və Maffuci xəstəliyi (yumuşaq toxumaların hemangiyoması, bədənin çox saylı enxondroması) zamanı enxondroma  bəzən bir deyil bir neçə sümükdə inkişaf edir ki, bu xəstəliklərdə bədxassəli törəməyə (xondrosarkomaya)  keçmə ehtimalı daha çoxdur. Bu xəstəliklər zamanı da klinik əlamətlər dəyişir- patoloji sınıqlar, inkişaf pozğunluqları,  əyriliklər, ağrılar və s. rast gəlir.

Enxondroma diaqnozu necə qoyulur?

Enxondromanın diaqnozu rentgenoloji  müayinə ilə təyin etmək mümkündür. MRT,  biopsiya müayinəsinə də bəzən ehtiyac yaranır .

Enxondroma nə zaman və necə müalicə  olunur?

Enxondroma  böyüməyə meyilli deyillsə patoloji sınıq ehtimalı yoxsa onda xəstə yalnız müşahidə altına alınır və müxtəlif vaxtlarda (6 ay və ya 1 il ) rengenoloji müayinədən keçirilir. Əks təqdirdə cərrahi əməliyyat icra olunur. Törəmə xaric edilir və əmələ gəlmiş defekt (boşluq) sümük toxuması ilə doldurulur. Patoloji sınıq da varsa müxtəlif üsullarla osteosintez icra olunur.

Əldə enxondroma (rentgen görüntülər)