FİBROZ DİSPLAZİYA

Fibroz displaziya nədir?

Fibroz displaziya yaranma səbəbi tam məlum olmayan sümükdə fibroz toxumanın inkişafı ilə meydana çıxan  sümüklərin xoş xassəli prosesidir. Bütün sümüklərdə müşahidə oluna bilər (əsasən bud, qamış, bazu, canaq, qabırğa və s. sümüklərdə).  Fibroz  toxuma sümükdə inkişaf etdikdə sümüklərdə kövrəklik, əyilmələr  və  patoloji sınıqlar  yaranır.

Fibroz displaziyanın hansı formaları var ?

  • monoossal formalı fibroz displaziya ( 80%) yalnız skeletin bir sümüyüdə inkişaf edir.
  • poliossal forma fibroz displaziya  skeletin bir neçə sümüyüdə inkişaf edir.
  • McCune-Albright sindromu (bu  sindrom zamanı  dəridə südlü qəhvə rəngli ləkələrin olması ; qızlarda hormonal pozğunluq fonunda inkişaf  edən erkən menusturasiya sikli və poliossal  formalı fibroz displaziya).

Fibroz displaziyanın  ilk simptomları (əlamətləri) nədir?

Fibroz displaziya əsasən təsadüfi rentgen müayinə zamanı  meydana çıxır. Bəzi hallarda ağrı, ətraflarda əyriliq, McCune-Albright sindromu  fonunda hormonal pozğunluqlar müşahidə olunur.

Fibroz displaziya diaqnozu necə qoyulur?

Fibroz displaziyanın diaqnozunu təyin etmək elə də çətinlik yaratmır. Çox hallarda  rentgenoloji müayinə ilə kifayətlənmək mümkündür. Diaqnozu dəqiqləşdirməq üçün bəzi hallarda Kompüter Tomoqrafiyası, MRT müayinəsi, patoloji ocağın biopsiyası  lazım gəlir.

Fibroz displaziya nə zaman və necə müalicə  olunur?

Fibroz displaziya öz-özünə eləcədə konservativ (əməliyyatsız) müalicə ilə sağalan xəstəlik deyil. Xəstəliyin müalicəsi cərrahi yolladır. Cərrahi taktikanın seçilməsi xəstəliyin ağırlıq formasından asılıdır. Əgər ətrafda deformasiya müşahidə olunmursa onda sümükdəki fibroz toxuma təmizlənir və yaranmış defekt (boşluq) sümüklə doldurulur. Yox əgər ətrafda əyrilik inkişaf etmişsə (məsələn ”çoban çomağı”deformasiyası) onda yuxarıdakı cərrahi müdaxilələrlə yanaşı sümükdə düzəldici əməliyyatlar  aparılır və müxtəlif fiksasiya metodlarından istifadə edilir.

Müxtəlif lokalizasiyalı fibroz displaziyanın rentgen görüntüləri