ÇİYİN AĞRILARI

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrısı ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər.



Bazu (çiyin) oynağı
Çiyin ağrısının səbəbinin diaqnozu necə qoyulur ?
Çiyin ağrınızın davam etməsi zamanı müraciət edəcəyiniz ortoped-travmatoloq, sizə bir sıra suallar verəcək, xəstəliyin səbəblərini aydınlaşdırmağa çalışacaq. Sonra isə bazu oynağınızı və boyun nahiyyənizin  müayinəsindəndən sonra, çiyin qurşağı ağrınızın səbəbi haqqında bir fikirə gələ biləcək. Həkiminiz bəzən sizə dərhal müalicəyə başlaya bilər, bəzəndə rentgenoloji və ya MRT kimi müayinə metodlarından istifadə edə bilər.
 
Çiyin ağrılarının səbəbləri nələrdir ?
Çiyin ağrısı oynağı əhatə edən yumuşaq toxumalardan, bazu oynağından və onu əmələ gətirən sümüklərdə və boyundan gələn sinirlərdən yarana bilər.   
 
Çiyin qurşağına yayılan ağrılar:
Ürəkdən və ya qarın boşluğundan yayılan çiyin ağrıları: çiyin nahiyyəsinə boyundan və ya daxili  orqanlardan əks olunan müxtəlif problemlər ola bilər. Ürək, döş qəfəsindəki ağrılar çiyin qurşağına  qonşu orqanlar olduğu üçün təsir edə bilir.
Boyun problemləri: Boyunda olan fəqərələrarası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına  doğru yayılmasını formalaşdıra bilirlər.



Torasik Çıxış Sindromu (Thoracic outlet syndrome): Qola doğru yayılan sinirlərin formalaşdırdığı sinir dəstələri, körpücük altı arterial və venoz damarları döş qəfəsindən çıxdığı yerdə müxtəlif səbəblərlə sıxılmalara rast gələ bilər. Körpücük sümüyü, 7.boyun fəqərisinin yan çıxıntısı, birinci  qabırğa, skalenus anterior adlı  bir əzələnin formalaşdırdığı sahədə bəzən bir fibroz bağın yaranması zamanı “Döş qəfəsi çıxışı sindromu”adı verilən bir mənzərə ortaya çıxa bilər.  

Donmuş çiyin (Frozen shoulder)
Bazu oynağı nahiyyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü   göstərən bir xəstəlikdir. Qadınlarda daha  çox müşahidə edilir. Xəstəliyin tam olaraq əmələ gəlmə səbəbi bilinmir, ancaq bir sıra faktorlar xüsusən şəkərli diabet, travma, hiperlipidemiya  qeyd edilir.




                      Normal bazu oynağı                    Donmuş bazu oynağı


Xəstəliyi aşağıdakı kimi təsnif edirlər
  1. İdiopatik (səbəbi bəlli olmadığı hallar)
  2. İkincili (hər hansısa bir xəstəliklə yanaşı inkişaf edir: şəkərli diabet, parkinsionizm, kardiopulmonar xəstəliklər, hiperparotiriodizm, hipoparotriodizm və s.)
  3. Bazu oynağı nahiyyəsində icra olunan əməliyyatlardan sonra.
Xəstəliyin əsas əlaməti ağrı (xəstələr hətta ağrının təsirindən gecə yuxudan  ayılır) və hərəkət məhdudluğudur (bütün istiqamətlərə hərəkət məhdudluğu müşahidə edilir).  Hərəkətsiz qaldıqca oynaq  içi bitişmələr formalaşır və getdikcə hərəkət məhdudluğu daha da artar. Nəticədə oynaq kapsulu qalınlaşır və büzüşür. Müəyyən vaxtdan sonra ağrılar azalır, lakin yerini oynaq hərəkətlərinin məhdudluğu tutur. Bu xəstəlik bəzən 1-2 il ərzində tədricən yavaş–yavaş yaxşılığa doğru gedə bilər.  Xəstəliyin diaqnozu fiziki müayinə, rentgenoloji və MRT müayinəsi üsulları ilə təyin edilir.

Müalicə
Müalicənin əsas məqsədi ağrını və oynaqda olan hərəkət məhdudluğunu aradan qaldırmaq. Müalicə zamanı oynağı hərəkətsiz saxlamamaq vacibdir.

Konservativ müalicə:
a) fizioterapiya-müalicəvi idman hərəkətləri. Donmuş çiyində idman  hərəkətləri müalicənin əsas hissəsini  təşkil edir.
b) qeyri-steroid iltihab əleyhinə preparatlar
c) oynaq daxilinə steroid preparatların yeridilməsi

Cərrahi 
Cərrahi əməliyyatın məqsədi hərəkət məhdudluğunu aradan qaldırmaqdır, artroskopik aparıla bilər.

Fibromialgiya
Fibromialgiya; orqanizmin ümumi əzələ ağrıları, həssas ağrılı nöqtələr, yuxu problemləri və yorğunluqla xarakterizə edən bir xəstəlikdir.

Bursit
"Bursa" adı verilən bu kisəciklər oynaq xarici təsirlərə qarşı qoruyucu yastıqcık vəzifəsini yerinə yetirirlər və bazu oynağı ilə kürək sümüyünün akromion çıxıntısı arasında olan, içi maye ilə dolu kisənin iltihabıdır. Tez-tez çiyin qurşağında tendinit (vətərin iltihabı), rotator manşet cırılmalarında bursa şişər və iltihaba səbəb olar. Bunun nəticəsində xüsusilə çiyin qurşağını yuxarı qaldırmaq kimi hərəkətlərdə çiyin ağrısı olur. Məhz bu kəskin dövrdə, soyuq tətbiqi, keçici istirahətlər, lokal inyeksiyaların icra olunması lazımdır. Daha sonrakı dövrdə isə fizioterapiya və idman hərəkətləri qalan problemi  həll edəcək. Xronikiləşmiş hallarda bu kisə qalınlaşmış, sərtləşmiş və davamlı olaraq  ağrı səbəbi olmağa başlamışsa cərrahi müalicə qaçılmazdır.


   
Bazu oynağının bursiti
 
Döndürücü (rotator) manjet zədələnmələri və xəstəlikləri
Bazu oynağı hərəkətləri sırasında ən önəmli vəzifə döndürücü manjet dediyimiz bir struktura düşər. Çiyin ağrıları icərisində 60%  hallarda ən çox rastlanan səbəb budur. 


Döndürücü (rotator) manjet yirtiği


1-DÖNDÜRÜCÜ MANJET TENDİNİTİ (iltihablaşması)
2-Kalsifik Tendinitis, bazu oynağını hərəkət etdirən vətərlərdəki gərginlik, kiçik yırtılma və qanamalar nəticəsində vətər toxumasında kalsium çöküntülərinin olması ilə xarakterizə olunan bir xəstəlikdir. Kalsifikasiyalamış tendinitin bir digər xüsusiyyəti də çox şiddətli çiyin ağrısına səbəb olmasıdır.
3-SUBAKROMİYAL SIXILMA (IMPIGEMENT) SİNDROMU. Qolunuzu qaldırdığınız vaxtı  çiyin çıxıntısının (çiyinin ən yüksək nöqtəsi)  altdakı yumuşaq toxumalara təzyiq etməsi nəticəsində sıxılma meydana gəlir. Qol havada olarkən çiyin çıxıntısı bursanı və vətərləri sıxışdırır. Bu hal yuxarıda bəhs olunan bursit və tendinitə  də yol aça bilər. Subakromiyal sıxılma ağrılı və hərəkətləri məhdudlaşdıran bir narahatlıqdır.
4-DÖNDÜRÜCÜ (ROTATOR) MANJET YIRTIĞI; Yaşla əlaqədar olaraq  vətər strukturundakı patologiyalar, zədələnmələr, əzilmələr və ya uzun müddət işləməsindən asılı olaraq  sıradan çıxmasına və qopmasına səbəb ola bilər. Vətərlərdə qismən bir yırtıq ola və ya  vətər  tamamilə iki yerə ayrılacaq formada qopa bilər.
 
Artrit (artroz)
Artrit çiyin  ağrısı  səbəblərindən biridir və bir çox artrit tipi vardır. Çiyinlərdə ən çox görülən artrit tipi- osteoartrit, artrozdur (duzlaşma). Ağrı, şişkinlik  və hərəkət məhdudluğu kimi əlamətlər ümumilikdə orta yaşlarda meydana çıxır. Artroz tədricən inkişaf edən və müəyyən vaxt içərisində  ağrısı  şıddətlənən bir narahatçılıqdır. İdman və ya iş qəzaları, zədələr və yırtılmalar artroza zəmin yarada bilər. Digər artrit növləri isə əzələ yırtılmaları, infeksiya  ya da oynaqda iltihablaşma ilə əlaqədar ola bilər. Artrit  səbəbi ilə yaranan ağrıları azaltmaq üçün bir çox insanlar çiyini hərəkət etdirməməyə çalışırlar. Ancaq bu davranış tam əksdir, oynaqda yumuşaq toxumaları sərtləşdirir və müəyyən vaxt içərisində çiyin hərəkəkləri məhudlaşır, ağrı da artmış olur. Çox nadir hallarda bazu oynağında “septiki artrit” deyilən ciddi bir mənzərə meydana çıxa bilər. Bu hal orqanizmin başqa bir nahiyyəsində bazu oynağına infeksiya yayılması nəticəsində formalaşır. Xəstənin hərarəti yüksək, ümumi vəziyyəti olduqca ciddi olur. Oynaq şişkin, çox ağrılı olur və hərəkət etmək mümkün olmur. Təcili oynaq içinə girilərək irin boşaldılmalı, antibiotik və digər təyinatlarla xəstə nəzarətə götürülməlidir



Artroz zamanı oynaq qıgırdağının yeyilməsi

Bazu çıxıqları 
Bazu sümüyünün başı kürək sümüyünündəki oynaq boşluğundan bayıra  doğru yerini dəyişməsi zamanı bazu çıxığı əmələ gəlir. Zədə  ya da çiyinin həddən artıq yük altında  gərgin olması   çıxığın yaranmasına gətirib çıxarır. Bazu çıxığı qismən və tamamilə oynaq çuxurundan çıxması mümkündür. Çiyin nahiyyəsindəki bağlar, əzələlər və vətərlər bir dəfə boşaldığında və ya qopduğunda bazu tez-tez çıxmağa başlaya bilər. Adəti bazu çıxıqları oynaqda osteartrit riskini yüksəldir. Bazu çıxığı ağrıya səbəb olur, çıxan çiyinin görünüşü digərinə görə fərqli olur. Bazusu çıxan insan qolunu gövdəsinə yaxın tutur, bayıra doğru hərəkət etdirməsi çətinləşir.
 
 
Bazu çıxıqları

 Norma               Önə çıxıq             Arxaya çıxıq
 
Çiyin sınıqları
Xüsusilə yaşlılarda yıxılmaqla əlaqədar olaraq bazu çıxıqlarına tez-tez rast gəlinir. Gənclərdə isə çiyin sınıqları daha çox idman yaralanmaları və yol nəqliyyat qəzaları ilə əlaqədardır.
Çiyin qurşağı sınıqları ciddi bir ağrıya, şişkinliyə və göyərməyə səbəb ola bilər.



Bazu oynağının müxtəlif sınıqları
 
Çiyin ağrısının  müalicəsi necə aparılır ?
Çiyin qurşağı ağrısının müalicəsi tamamilə səbəbə bağlı olub qoyulan diaqnoza görə icra olunur. Çiyin ağrısında, ən çox istifadə olunan müalicə növləri aşağıdakı kimi sıralana bilər:
  • Sakitlik və iltihab əleyhinə preparatların istifadəsi,
  • Gərilmə ve gücləndirmə hərəkətləri,
  • Fizioterapiya və reabilitasiya,
  • Ağrılı nöqtəyə ya da nahiyyəyə tətbiq olunan lokal inyeksiyalar,
  • Çiyin Artroskopiyası,
  • Açıq cərrahi əməliyyatlar.