NƏHƏNG HÜCEYRƏLİ ŞİŞ (OSTEOBLASTOKLASTOMA)

Nəhəng hüceyrəli şiş nədir?

Nəhəng hüceyrəli şiş sümüyün xoş xassəli şişlərindəndir.  Ən çox 20-40 yaşlı insanlarda müşahidə olunur. Xoşxassəli olsada bu şişlər özlərini çox aqressiv aparır.  Xəstəliyin yaranma səbəbi tam məlum deyildir. Əsasən sümüyün oynağa yaxın hissəsində müşahidə olunur. Ən çox bud sümüyünün aşağı, qamış sümüyünün yuxarı hissəsindən inkişaf edir. Bundan əlavə qamış  və mil sümüyünün aşağı, bazu sümüyünün yuxarı hissəsində də inkişaf edə bilər.

Nəhəng hüceyrəli şişin əlamətləri nədir?

Əsas klinik əlamət ağrıdır, xəstəlik inkişaf etdikcə ağrılar artır. Xəstəlik  oynağa yaxın nahiyyədə olduğu üçün oynaqda da ağrılar, hərəkət məhdudluğu kimi müxtəlif əlamətlər müşahidə olunur, iri həcmlı şişlər sümüyü zəiflədərək patoloji sınıqlara gətirə bilər

Nəhəng hüceyrəli şişin diaqnozu necə qoyulur?

Xəstəliyin diaqnozu klinik əlamətlərə, rentgenoloji, kompüter tomoqrafiya , MRT müayinələrinə əsasən qoyulur və şübhəli hallarda biopsiya aparıla bilər.

Nəhəng hüceyrəli şişin müalicə üsulları nədir?

Nəhəng hüceyrəli şişin müalicəsi yalnız cərrahi  yolladır.  Cərrahi əməlliyat zamanı patoloji ocaq xarıc edilir, əmələ gəlmiş defekt (boşluq)  süni sümük və ya müxtəlif plastik materiallarla doldurulur. Lakin əməliyyatdan sonra bəzi xəstələrdə residiv (şişin yenidən əmələ gəlməsi) müşahidə olunur. Bəzi xəstələrdə isə daha radikal əməliyat seçilir, oynaqda  protezləşdirmə (artroplastika )  əməliyyatı icra  olunur.

Nəhəng hüceyrəli şişin hansı ağırlaşmaları vardır?

Nəhəng hüceyrəli şişin ağırlaşmasına  sümüyün patoloji sınığı, residiv (yenidən əmələ gəlmə), bəzi hallarda ağ ciyərlərə metastaz verməsi rast gəlinir.

Müxtəlif  lokalizasiyalı nəhənghüceyrəli şişin rentgen görüntüləri