OSTEOBLASTOMA

Osteoblastoma nədir?

Osteoblastoma ölçüsü adətən 2 sm çox olan xoş xassəli sümük törəməsidir. Ümumi sümük şişlərinin təxminən 1 % təşkil edir. Daha çox gənc insanlarda (10-30 yaşlarda) müşahidə edilir. Kişilərdə qadınlarla müqayisədə 2:1 nisbətindədir. Bütün sümüklərdə müşahidə edilə bilər. Ən çox onurğa sütununda rast gəlinir (35-40%), bud, qamış, bazu  sümüklərində də rast gəlmə tezliyi yüksəkdir.

Osteoblastoma əmələ gəlmə səbəbi nədir?

Osteoblastomanın yaranma səbəbi bilinmir.

Osteoblastomanın ilk simptomları (əlamətləri) nədir?

Osteoblastomanın yerləşdiyi  yerdən asılı olaraq bir çox əlamətlərlə büruzə verir. Onurğada olduğu vaxt əzələ, radikulyar ağrılar, skolioz tipli əyriliklər, ətraflarda parezlərlə  özünü büruzə verir. Digər  yerlərdə  əsasən ağrılarla müşahidə edilir. Bir çox hallarda patoloji sınıqlar da meydana gəlir.

Osteoblastoma diaqnozu necə qoyulur?

 Osteoblastomanın diaqnozu  əsasən rentgenoloji müayinə ilə qoyulur. Bəzən KT, MRT müayinələrindən də istifadə olunur. Dəqiq diaqnoz patoloji toxumanın histoloji müayinəsindən sonra dəqiqləşir.

Osteoblastoma nə zaman və necə müalicə  olunur?

Osteoblastomanın müalicəsi cərrahi yolladır. Əməliyyatın məqsədi törəməni xaric etməkdən ibarətdir. Bəzi hallarda  törəmə xaric olduqdan sonra əmələ gəlmiş defekt (boşluq) sümük toxuması ilə bərpa olunur. Osteoblastoma əməliyyatdan sonra 10-20% hallarda  residiv (təkrar əmələ gəlmə) verir.