Bud-çanaq oynağının protezləşdirilməsindən sonra müalicəvi–idman hərəkətləri

Aşağıda göstərilən hərəkətləri siz xəstaxana şəraitində başlamalısız və  evdə davam etməlisiniz.
1) Baldır nasosu (Ankle Pumps)
Məqsəd: aşağı ətrafların qan dövranını gücləndirmək
  • Arxanız üstə uzanın və aşağı ətrafları düz qoyun
  • Pəncənizi önə və geriyə hərəkət etdirin(“pedala” basmaq kimi)
 
2) Sağrı hərəkətləri
Məqsəd: sağrı (yan) əzələlərini gücləndirmək
  • Arxanız üstə uzanın və aşağı ətrafları düz qoyun
  • Sağrı (yan) əzələlərini yığın, çanağınız yuxarı qalxsın
  • 5 saniyə tutun və yavaş boşaldın
3) Dördbaşlı əzələnin hərəkətləri
Məqsəd: budun ön əzələlərini (quadricepsi) gücləndirmək.
  • Arxası üstə uzanın və dizinizin altına yastıq qoyun
  • Budun ön əzələlərini yığın və dizin arxası ilə yastığı sıxın
  • Dabanınız yataqdan ayrılmamalıdır
  • 5 saniyə tutun və yavaş boşaldın
4)Daban sürüşdürmə
Məqsəd: bud / bud-çanaq əzələlərini gücləndirmək və bütün aşağı ətrafın hərəkətini fəallaşdırmaq.
  • Arxası üstə uzanın və aşağı ətrafları düz qoyun
  • Dabanınızı özünüzə doğru sürüşdürün
  • Diz və bud-çanaq oynağınızı 450-yə qədər bükün.
  • Bud-çanaq oynağınızı 450-dən çox bükməməyə çalışın
 
Qeyd:başlanğıc üçün bu hərəkət ən çətin hərəkətlərdən biridir.İlk əvvəl dizinizi bükə bilməsənizdə,sonradan bu hərəkət asanlaşacaq.
 
 
 
Ev şəraitində müalicəvi-idman hərəkətlər  proqramı
5) Oturaraq dizi açma
Məqsəd: budun ön əzələlərini (quadriceps) gücləndirmək


• yüksək stul (kreslo) və ya standart stula oturun və altınıza  2 möhkəm yastıq qoyun. Oynağınızın təhlükəsizliyini təmin etmək üçün kresloda oturarkən arxaya söykənin
• Yavaş-yavaş ön bud əzələrinizi yığın diziniz düzələnə qədər
• Yavaş-yavaş dizinizi bükün başlanğıç vəziyyətə gələnə qədər
6) Oturaraq bud çanaq oynağını bükmə
Məqsəd: budun ön əzələlərini (quadriceps) gücləndirmək

 
 
• Yüksək stul (kreslo) və ya standart stula oturun və altınıza 2 möhkəm yastıq qoyun. Oynağınızı təhlükəsizlini təmin etmək  üçün kresloda oturarkən arxaya söykənin
• Yavaş-yavaş bud-çanaq oynağını bükün, pəncənizi yerdən qaldırın
• Yavaş-yavaş pəncənizi aşağı endirin, başlanğıc vəziyyətə gələnə qədər
7) Ayaq üstə duran vaxtı bud-çanaq oynağını açma hərəkəti
Məqsəd: budun arxa əzələrini (bicepsi) gücləndirmək
  • Ayaq üstə  durun və əllərinizlə tərpənməyən bir obyektə söykənin
  • Əməliyyat olan ətrafı arxaya doğru hərəkət etdirin,diziniz bükülməməsinə fikir verin.
  • Bədəninizi düz tutun,önə doğru əyilməyin
8) Ayaq üstə duran vaxtı bud-çanaq oynağını uzaqlaşdırma hərəkəti
Məqsəd: budun yan (uzaqlaşdırıcı)əzələrini gücləndirmək
  
  • Ayaq üstə durun və əllərinizlə tərpənməyən  bir obyektə söykənin.
  • Yavaş-yavaş pəncənizi yana doğru qaldırın və digər ətrafdan uzaqlaşdırın
  • Bədəninizi düz tutun ,yana doğru əyilməyin
 
9) Ayaq üstə dizi bükmə hərəkəti
Məqsəd: budun arxa əzələrini gücləndirmək

   
 
  • Ayaqda durun və əllərinizlə tərpənməyən bir obyektə söykəyin.
  • Yavaş-yavaş əməliyyat olunmuş ətrafın dizini bükün
  • Bədəninizi düz tutun və dizinizi önə doğru hərəkət etdirməyin
 
Pilləkan
Sizin həkiminiz pilləkani necə düzgün qalxmağı və düşməyi öyrədəcək.Sizin təhlükəsizliyiniz üçün aşağıda göstərilən qaydalara riayət edin.
 
Bir tərəfli protezləşdirmədən sonra
                  Qalxmaq                                                            Düşmək
1. Sağlam ətraf birinci  gedir                          1. Qoltuqaltı və ya dirsəkaltı əsa   
                                                                             birinci  gedir
2. Əməliyyat olmuş ətraf ikinci gedir             2. Əməliyyat olmuş ətraf ikinci gedir
3. Qoltuqaltı və ya dirsəkaltı əsa son gedir     3. Sağlam ətraf son gedir
 
İki tərəfli protezləşdirmədən sonra
                Qalxmaq                                                             Düşmək
1. Qüclü ətraf birinci  gedir                              1. Qoltuqaltı və ya dirsəkaltı əsa  
                                                                               birinci gedir.
2. Nisbətən zəyif ətraf ikinci gedir                  2. Nisbətən zəif ətraf ikinci gedir.
3. Qoltuqaltı və ya dirsəkaltı əsa son gedir       3. Güclü ətraf son gedir
 

                                                 
               Qalxmaq                                                                   Düşmək
 
Əməliyyatdan sonra kontrol müayinələr
Həkimin istəyi və xəstənin vəziyətinə görə bu qrafik dəyişə bilər və hər hansı bir  halda həkiminizlə əlaqə saxlayın.Ancaq qəbul edilmiş müayinə vaxtları aşağıda göstərilmişdir.
  • əməliyyatdan 6 həftə sonra
  • əməliyyatdan 3 ay sonra
  • əməliyyatdan 1 il sonra
  • əməliyyatdan 3 il sonra
  • əməliyyatdan 5-6 il sonra
  • əməliyyatdan 8-10 il sonra
 
 
Yekun
Yekun olaraq, total bud çanaq  oynaq  protezi əməliyyatı radikal, geri dönüşü olmayan, ağır bir əməliyyat olmaqla yanaşı, diqqətli bir iş  və yaxşı  bir xəstə-həkim ünsiyyəti nəticəsində üz güldürücü nəticələr verir .