ÇİYİN OYNAĞI ÜÇÜN MÜALİCƏVİ-İDMAN HƏRƏKƏTLƏRİ

Ayaq üstə  durun və sağlam  əlinizlə tərpənməyən bir obyektə söykənin. Digər əlinizi önə və arxaya hərəkət etdirin.

 

 

Ayaq üstə  durun və sağlam  əlinizlə tərpənməyən bir obyektə söykənin. Digər əlinizi dairəvi  hərəkət etdirin.

 

 

Arxası üstə uzanın, sağlam əlinizlə digər ətrafı tutaraq  dirsəyinizi bükmədən  arxaya və önə hərəkət etdirin.

 

 

Arxası üstə uzanın, şəkildə göstərildiyi kimi  bir alət vasitəsilə  sağlam əlinizlə digər tərəfi yana doğru hərəkət etdirin.

 

 

Ayaq üstə durun, şəkildə göstərildiyi kimi bir aləti arxa tərəfdə dirsəkləri bükmədən əlinizdə saxlayın və arxaya doğru hərəkət etdirin.

 

 

Ayaq üstə durun, şəkildə göstərildiyi kimi halqadan ipi keçirib  sağlam əlinizlə ipi çəkərək digər ətrafı qaldırın.

 

 

Ayaq üstə durun, şəkildə göstərildiyi kimi bir aləti arxa tərəfdə tutun,  dirsəklərinizi  büküb açaraq aləti yuxarı və aşağı hərəkət etdirin.