OSTEOİD OSTEOMA

Osteoid osteoma nədir?

Osteoid osteoma kortikal təbəqədə yaranan, nidus (yuva) adlandırılan və reaktiv sümük toxuması ilə əhatə olunmuş xoşxassəli sümük törəməsidir. Xoşxassəli sümük  törəmələrinin təxminən 10%-ni təşkil edir. Əsasən uşaq və gənc yaşlarında müşahidə olunur. Oğlanlarda qızlarla müqayisədə daha çox təsadüf edilir (2:1). Yaşlı insanlarda çox az hallarda  rast gəlir. Skeleti təşkil edən bütün sümüklərdə müşahidə edilə bilər, əsasən bud, qamış, bazu  sümüklərində  daha çox əmələ gəlir.

Osteoid osteomanın  ilk simptomları (əlamətləri) nədir?

Osteoid osteomanın əsas əlaməti gecə müşahidə olunan kəskin ağrı və bu ağrını aspirin ilə aradan qalxmasıdır. Bəzi hallarda törəmə oynağa yaxın yerdə yerləşdiyinə  görə oynaqda ağrı,  şişkinlik  müşahidə olunur.

Osteoid osteomanın diaqnozu necə qoyulur?

Osteoid osteomanın diaqnozu  klinik və rentgenoloji müayinə ilə təyin etmək mümkündür, ancaq əksər  hallarda diaqnozu təsdiq etmək üçün Kompüter Tomoqrafiya və MRT müayinələrinələrinə də ehtiyac yaranır .

Osteoid osteoma nə zaman və necə müalicə  olunur?

Osteoid osteomanın müalicəsi əsasən 2 yolla mümkündür.

  • Cərrahi əməliyyat  yolu ilə - bu zaman törəmə ətrafındakı toxuma ilə xaric edilir.
  • Əməliyyatsız – Radiofrekans Ablasiyon deyilən metodla. Bu metodun iş prinsipi radiotezlikli  temperatur  hesabına  törəmənin  məhv  edilməsidir.

Osteoid osteoma müalicə olunmadıqda nə  olar?

  • müalicə olunmadıqda ağrılar xəstəni uzun müddət narahat edər.
  • ölçüsü böyük olan formalarda zəif travma fonunda yaranmış patoloji sınıqlar yarana bilər.

Müxtəlif lokalizasiyalı osteoid osteoma (Rentgen və KT görüntülər)