ORTOPEDİK XƏSTƏLİKLƏR

Bud-çanaq oynağı
Orqanizmin böyük oynaqlarından biri olan  bud-çanaq oynağı (lat; articulate coxae) bud sümüyü başı ilə çanaq sümüyünün sirkə kasasının aypara oynaq səthi ilə  əmələ gəlmiş möhkəm  bağlar və qüvvətli əzələlərlə fiksasiya olunmuş oynaqdı. Bu oynaqda bükmə-açma, yaxınlaşdırma-uzaqlaşdırma və fırlanma hərəkətləri mövcuddur.
Daha ətraflı...

Diz
Artroz və ya osteoartrit oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi zamanı yaranan xəstəlikdir. Qığırdağın öncə yumuşalmasıyla başlayan, daha sonra tam ortadan qalxmasıyla nəticələnən, fərqli mərhələlərdən ibarət olan bir xəstəlikdir.
Daha ətraflı...

Bazu (çiyin) oynağı
Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrısı ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər.
Daha ətraflı...

Sümük kistası
Sümük kistaları – daxilində maye olan xoşxassəli törəmələrdir, uşaq və yeniyetmələrdə adətən uzun sümüklərin metafizlərində lokalizasiya olunurlar. Kistaların üç növünü fərqləndirirlər: solitar, anevrizmal və anevrizmal kistanın solid variantı.
Daha ətraflı...

Osteoblastoma
Osteoblastoma ölçüsü adətən 2 sm çox olan xoş xassəli sümük törəməsidir. Ümumi sümük şişlərinin təxminən 1 % təşkil edir. Daha çox gənc insanlarda (10-30 yaşlarda) müşahidə edilir.
Daha ətraflı...

Nəhəng hüceyrəli şiş
Nəhəng hüceyrəli şiş sümüyün xoş xassəli şişlərindəndir.  Ən çox 20-40 yaşlı insanlarda müşahidə olunur. Xoşxassəli olsada bu şişlər özlərini çox aqressiv aparır.
Daha ətraflı...

Ekzostoz (osteoxondroma)
Sümüyün  kortikal qatının xarici səthində metafizar bölgədə  inkişaf edən, üzəri qığırdaq toxuması ilə əhatə olunan ən çox rast gələn xoş xassəli sümük törəməsidir.
Daha ətraflı...

Osteoid-osteoma
Sümüyün  kortikal qatının xarici səthində metafizar bölgədə  inkişaf edən, üzəri qığırdaq toxuması ilə əhatə olunan ən çox rast gələn xoş xassəli sümük törəməsidir.
Daha ətraflı...

Fibroz displaziya
Fibroz displaziya yaranma səbəbi tam məlum olmayan sümükdə fibroz toxumanın inkişafı ilə meydana çıxan  sümüklərin xoş xassəli prosesidir.
Daha ətraflı...

Fibroz kortikal defekt
Fibroz kortikal defekt (non-ossifyie fibrom)  sümüyün metafizar bölgəsini tutan kortikal qatın zədələnməsilə özünü göstərən fibroz toxuma xüsusiyyətli  xoşxassəli sümük törəmələrinə aiddir.
Daha ətraflı...

Enxondroma
Enxondroma sümüyün qığırdaq mənşəli xoşxassəli törəməsidir. Daha çox xırda sümüklərdə (əl, ayaq sümükləri) müşahidə olunur.
Daha ətraflı...

Sınıqlar
Şiş, metabolik sümük xəstəlikləri zamanı müşahidə olunan sınıqlara patoloji sınıqlar deyilir. Bütün yaşda olan insanlarda rast gəlsədə əsasən yaşlı insanlarda daha çox təsadüf edir.
Daha ətraflı...

Fizioterapiya: Bud-çanaq oynağı
Aşağıda göstərilən hərəkətləri siz xəstaxana şəraitində başlamalısız və  evdə davam etməlisiniz.
Daha ətraflı...

Fizioterapiya: Çiyin oynağı
Ayaq üstə  durun və sağlam  əlinizlə tərpənməyən bir obyektə söykənin. Digər əlinizi önə və arxaya hərəkət etdirin.
Daha ətraflı...

Fizioterapiya: Diz oynağı
Budun ön və arxa qrup əzələlərini gücləndirərək siz diz oynağına düşən yükü və gərginliyi azaldırsınız. Güclü əzələlər ağrı və gələcək zədələnmənin qarşısını almağa imkan yaradır.
Daha ətraflı...